"Sədərək rayonu COP29-a hazırlaşır" mövzusunda maarifləndirici tədbir keçirilib

 
 
     Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sədərək rayon 1 nömrəli tam orta məktəbində "Sədərək rayonu COP29-a hazırlaşır" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişilikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 ölkəmizdə keçiriləcək. Bildirilib ki, bununla bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.
Bu konfransda həm hökumət nümayəndələri və qeyri-hökümət təşkilatları, həm də maraqlı tərəfllər iştirak edir. COP 29-un məqsədi qlobal iqlim dəyişilikliyi ilə mübarizə etmək üçün ölkələr arasında əməkdaşlığı gücləndirməkdir. COP29-un konkret mövzuları və qərarları konfransın keçiriləcəyi ildə müəyyənləşdirilir. Bu gün iqlim dəyişikliyi bütövlükdə qlobal cəmiyyəti təhdid edən ən mühüm problemlərdən biri kimi qəbul edilir. COP-larda qlobal səviyyədə çox önəmli qərarlar alınır və müzakirələr aparılır. Konfransda qəbul olunan qərarların necə həyata keçiriləcəyi ilə bağlı yol xəritələri hazırlanır. Bu konfrans nəticəsində turizim sektoru canlanacaq. Tədbir investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq. Yaşıl enerjinin inkişafı təşviq ediləcək. Ölkənin beynəlxalq əlaqələri və diplomatiyadakı mövqeyi dahada möhkəmlənəcək.
Azərbaycana qlobal səviyyədə diqqətin yönəldilməsi regionun üzləşdiyi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı artıracaq. Su qıtlığı,biomüxtəlifliyin itirilməsi problemləri ön plana çıxarmaqla, COP29 bunları həlli üçün resurusların ayrılmasını artıra bilər. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycan öhdəliklərinə uyğun şəkildə aparılır. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişilikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığın və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir. COP29-un ölkəmizdə keçirilməsinə dair qərar, həm yerli həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirilir.
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldiyini göstərir. Bunun həm siyasi həm də iqtisadi əhəmiyyəti vardır. Bu tədbirləri ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gələcək 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxında tanış olacaqlar. Bu həm də gələcək illərdə turizmin inkişafına da güclü təkan verəcəkdir. COP29 konfransı Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Belə ki, beynəlxalq konfransın keçirilməsi turizim sektorunu canlandıracaq, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlir gətirəcək. Həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların inkişafına şərait yaradacaq və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan verəcəkdir. Son olaraq, COP29 tədbirinin keçiriləcəyi günlərdə dünyanın aparıcı dövlətlərinin elmi mütəxəsissləri ölkəmizdə cəmləşəcək. Dəməli, həmin günlərdə sanki, dünyanın ürəyi Azərbaycanla döyünəcək.
Daha sonra COP29-la bağlı tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanmış, videoçarxlar nümayiş etdirilmişdir.